Kibertəhlükəsizlik sahəsində yeni qanunun ƏHƏMİYYƏTİ – Ekspert DETALLARI AÇIQLADI

Kibertəhlükəsizlik sahəsində yeni qanunun ƏHƏMİYYƏTİ – Ekspert DETALLARI AÇIQLADI

Hazırda oxunan: Kibertəhlükəsizlik sahəsində yeni qanunun ƏHƏMİYYƏTİ – Ekspert DETALLARI AÇIQLADI

138252

Ermənistanla Azərbaycan arasında hərbi münaqişə bitsə də informasiya müharibəsi hələ səngiməyib. Eləcə də bəzi qonşu dövlətlərlə də informasiya savaşımız davam edir. Bu mənada informasiya təhlükəsizliyimizin gücləndirilməsi bizim üçün prioritetdir. Üstəlik, informasiya texnologiyalarının davamlı təkamülü və informasiya sistemlərinin qloballaşması dövlətin və cəmiyyətin tərəqqisinə xidmət edən mühüm vasitəyə çevrilib. 

Təsadüfi deyil ki, ölkəmizdə də informasiya texnologiyaları əsasında dövlət əhəmiyyətli məsələlərin həlli üçün müvafiq informasiya infrastrukturu yaradılmaqdadır.  

Xatırladaq ki, hələ iki il öncə, 2021-ci il aprelin 17-də Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanla bu istiqamətdə mühüm addım atıldı. 

Belə ki, kritik informasiya infrastrukturunun və onun tərkibinə daxil olan informasiya sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə imzalanan fərmana əsasən, kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli orqanın funksiyalarını Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya üzrə Dövlət Xidməti həyata keçirməyə başladı.
 

MÖVZU İLƏ BAĞLI:

Kritik məlumatların Azərbaycan vətəndaşları tərəfindən qoruması niyə VACİBDİR? – TƏHLİL 


Kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində növbəti addım 
Mayın 23-də isə Prezident İlham Əliyev tərəfindən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər təsdiqlənib. 

Həmin fərmana əsasən, kritik informasiya infrastrukturunun və onun tərkibinə daxil olan informasiya sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə imzalanan fərmana əsasən, kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli orqanın funksiyalarını Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya üzrə Dövlət Xidməti həyata keçirməyə başlayıb.

Qanuna edilən dəyişikliklərə əsasən, kritik informasiya infrastrukturu subyektlərinə xidmət göstərən kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi və onun səlahiyyətli nümayəndəsi, eləcə də provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətlə məşğul olan şəxslər Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar.

Bu dəyişikliklər, kibertəhlükəsizliyimizin qorunması istiqamətində hansı yeniliklərə səbəb olacaq?

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl ilk növbədə informasiya mühitinin qorunmasının önəmindən söz açıb:

“İnformasiya mühitinin qorunması təsadüfi, düşünülmüş təbii və ya süni xarakterli təsirlərdən müdafiə xarakterli məsələdir. 

Keçən ilin dekabr ayında Prezidentin imzaladığı müvafiq fərmanla Dövlət Təhlükəsizlik Xidmətinin səlahiyyətlərinin artırılması məsələsində mütəşəkkil cinayətkarlıq, kibertəhlükəsizlik məsələlərinə xüsusi yer verildi. 

Ümumiyyətlə, kibertəhlükəsizliyin qorunması ilə Dövlət Təhlükəsizliyi Xidmətinin məşğul olması ona görədir ki, Azərbaycanın hər hansı informasiya məkanına, onun məxfiliyinə zərər gəlməsin. İnformasiya mühitinin qorunması artıq formal xarakter daşımamalıdır və ona görə də, bu vəzifə daha bir ciddi quruma - DTX-yə tapşırılıb. Çünki istər ordu, istərsə də maliyyə, bank sahəsi ilə bağlı məlumatların qorunması olduqca vacib mövzudur”.

Ekspert kibertəhlükəsizlik provayderlərinə nəzarət məsələsinə də münasibət bildirib: 

“İnformasiyaların qorunmasında lazımi detallar, təbii ki, həm İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə, həm də Dövlət Təhlükəsizliyi Xidmətinə daha çox məlumdur. Onlar hansı mütəxəssislərin hansı işləri görməli olduqlarını daha yaxşı bilirlər. Hər halda burada bir az maarifləndirmə işləri də aparılmalıdır ki, sözügedən işlə məşğul olan şəxslər səhvlərə yol verməsinlər. 

Bunun üçün ümumiyyətlə kompleks tədbirlər görülməlidir. İnformasiya təhlükəsizliyi siyasətinin işləməsinin əsas istiqamətləri müəyyənləşməlidir. Bu halda Dövlət Təhülkəsizliyi Xidməti konkret olaraq bu istiqamətdə öz metodlarını istifadə edəcək. Hər halda internet həyatımıza daha çox daxil olduğu üçün onun təhlükəli tərəflərinin də artığını unutmamalıyıq”.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO