Bakıda bu marşrutların hərəkət sxemi dəyişdi

Bakıda bu marşrutların hərəkət sxemi dəyişdi

Hazırda oxunan: Bakıda bu marşrutların hərəkət sxemi dəyişdi

13781

Martın 4-də Xudu Məmmədov küçəsi ilə Vunqtau küçəsinin kəsişməsindən “Həzi Aslanov” metro stansiyası istiqamətində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bakı Nəqliyyat Agentliyindən Bizim.Media-ya bildirilib ki, bu səbəbdən M1, M2, M6 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri aşağıda göstərilən qaydada müvəqqəti dəyişdirilib.

- M2 nömrəli ekspres marşrut “Həzi Aslanov” metro stansiyası istiqamətində “Ukrayna dairəsi” – Vunqtau küçəsi – Sadıqcan küçəsi – Xudu Məmmədov küçəsi – Məhəmməd Hadi küçəsi daha sonra öz hərəkət sxemi üzrə;

- M1, M6 nömrəli ekspres marşrut “Həzi Aslanov” metro stansiyası istiqamətində “Ukrayna dairəsi” – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə;

- 104 nömrəli müntəzəm marşrut “Həzi Aslanov” metro stansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi – “Ukrayna dairəsi” – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə, daha sonra öz sxemi üzrə hərəkəti müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO