Bakıda I sinfə qəbul üçün nə qədər müraciət daxil olub?

Bakıda I sinfə qəbul üçün nə qədər müraciət daxil olub?

Hazırda oxunan: Bakıda I sinfə qəbul üçün nə qədər müraciət daxil olub?
137472
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mayın 23-ü (saat 10:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 28 071 uşaq üçün elektron sistem (//mektebeqebul.edu.az/) vasitəsilə müraciət edilib. 

Bu barədə Bizim.Media-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən xəbər verilib. 

Qeyd edək ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlara (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) müvafiq məktəblərdə yaradılmış Alternativ qeydiyyat mərkəzləri (//baku.edu.gov.az/az/page/276), həmçinin “WhatsApp” vasitəsilə (050-996-76-63, 050-996-36-62, 050-996-46-68) müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən zəruri köməklik göstərilir.

Bu məqsədlə valideynlər tərəfindən 5 294 elektron müraciət daxil olub. Müraciətlərdən 2 587-si məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzləri, 2 707-si sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb. 

Birinci siniflərə qeydiyyat prosesi ilə bağlı vətəndaşlar 5 və 7 saylı “ASAN xidmət” mərkəzlərinə, o cümlədən Elm və Təhsil Nazirliyinin yeni fəaliyyətə başlayan Ümumi və Məktəbəqədər Təhsil Məsələləri üzrə Vətəndaşlara Xidmət Mərkəzinə də (Ünvan: Bakı şəhəri, Fətəli xan Xoyski 109, //goo.gl/maps/KiQX4ba6bjBR7TFU6) müraciət edə bilərlər. 

Onu da qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesi sentyabrın 14-ü başa çatacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO