Gəncədə qadını şantaj edən şəxs SAXLANILDI – FOTO  

Gəncədə qadını şantaj edən şəxs SAXLANILDI – FOTO  

Hazırda oxunan: Gəncədə qadını şantaj edən şəxs SAXLANILDI – FOTO  
137228
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncə Şəhər Baş Polis İdarəsin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində şantaj yolu ilə pul tələb edən, qanunsuz olaraq odlu silah və narkotik saxlayan şəxslər saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin məlumatında bildirilib. 

Baş İdarənin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini olan xanıma məxsus fotoları sosial şəbəkələrdə paylaşacağı ilə hədələyərək ondan 2350 manat pul alan Yardımlı rayon sakini Alim Canəliyəv saxlanılıb.

Qeyd edək ki, polis əməkdaşları A. Canəliyevi zərərçəkən xanımdan “sonuncu dəfə” 5000 manat almaq üçün Gəncə şəhərinə gələn zaman saxlayıb. 

Şöbə əməkdaşlarının keçirdikləri digər müvafiq tədbirlər nəticəsində isə qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Osman Mərdanov saxlanılıb. Şübhəli şəxsin əlindəki torbadan 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng və həmin silaha aid olan patronlar aşkar edilərək götürülüb. 
Bundan başqa Baş Polis İdərəsi və onun tabeli qurumlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəxslər də saxlanılıb. Üzərlərindən “metamfetamin” “heroin” və digər narkotik maddələr aşkarlanan şəxslər barəsində araşdırmalar davam etdirilir. 

Gəncədə qadını şantaj edən şəxs SAXLANILDI – FOTO   - foto 1

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO