Balakən kəndlərinin problemləri GÜNDƏMƏ GƏTİRİLDİ – FOTO

Balakən kəndlərinin problemləri GÜNDƏMƏ GƏTİRİLDİ – FOTO

Hazırda oxunan: Balakən kəndlərinin problemləri GÜNDƏMƏ GƏTİRİLDİ – FOTO

136200

Balakənin Bedağar kəndinə yol çəkilməli, tibb məntəqəsi tikilməlidir. Balakənin Qazma kəndinin Bedağar yaşayış məntəqəsində təşkil edilən səyyar görüş zamanı bir sıra problemlər rayon rəhbərliyinin diqqətinə çatdırılıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, görüşdə kənd sakinlərinin müraciətlərinə baxılıb. 

Belə ki, kənd sakini Rizvan Poladov Bedağar yaşayış məntəqəsinə gedən əsas yolun bərbad vəziyyətə düşdüyünü və 3 km uzunluğunda əsas asfalt yolun təmir edilməsinə ciddi ehtiyac olduğunu bildirib.

Digər kənd sakini Eyvaz İbrahimov isə bu ucqar kənddə hələ də tibb məntəqəsinin olmadığını, sakinlərin sağlamlıq baxımından ciddi əziyyət çəkdiyini diqqətə çatdırıb.

Görüşdə həmçinin kənd sakinləri Mehriban Atayeva yaşayış məntəqəsində telefon və internet xəttinin çəkilməsinə, Hümayə Qarakişiyeva isə 5 km uzunluğunda kənd ara yolun bələdiyyə tərəfindən qreyderlə hamarlanmasına köməklik göstərilməsini diqqətə çatdırıb.
Rayon rəhbərliyi sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyatı vəzifəli şəxslərə tapşırıq verib. Müvafiq təşkilatlara rəsmi müraciət olunması üçün müraciətlərin hazırlanması qərara alınıb. 





Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO