Gəncə terroruna heç bir qurum hüquqi rəy verməyib

Gəncə terroruna heç bir qurum hüquqi rəy verməyib

Hazırda oxunan: Gəncə terroruna heç bir qurum hüquqi rəy verməyib

1350

Ermənistanın dinc əhalini atəşə tutması nəticəsində Azərbaycanda 300-dən çox şəxs yaralanıb, 65 nəfər həlak olub. Son terror hadisələri nəticəsində bu günə qədər 10 uşaq öldürülüb. Onlardan 9-u Azərbaycan, 1-i isə Rusiya Federasiyası vətəndaşıdır. Həmçinin öldürülənlərin 18-i qadındır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Bizim.Media-ya veridyi açıqlamasında bildirib ki, bu cür terror hərəkətləri ilə  Ermənistan qoşulduğu konvensiya normalarına özü riayət etmir və birbaşa ona qarşı çıxır.

Elgün Səfərov qeyd edib ki, Türkiyəni çıxmaq şərtilə,  BMT, ATƏT, bir sıra beynəlxalq təşkilatlarla yanaşı, hətta başqa türkdilli ölkələr Azərbaycanın dinc sakinlərinə qarşı törədilmiş bu  vəhşiliklərə qarşı  heç bir  hüquqi rəy və qiymət vermədilər,  öz mövqelərini ortaya qoymadılar: “Bu, ölkəmizə qarşı böyük haqsızlıqdır və çox böyük təəssüf doğurur.”

Bir çox aidiyyatı dövlət qurumları ilə yanaşı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi erməni terroru ilə bağlı müvafiq  hesabatlar və bəyanatlar hazırlayaraq beynəlxalq qurumlara təqdim edib. Komitə başda Paşiniyan olmaqla günahkarların cəzalandırılmasını istəyir.

Aynur Nadirqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO