Məleykə Abbaszadə: 700 bal yoxdursa, dünya dağıldı?

Məleykə Abbaszadə: 700 bal yoxdursa, dünya dağıldı?

Hazırda oxunan: Məleykə Abbaszadə: 700 bal yoxdursa, dünya dağıldı?

134495

"700 bal yoxdursa, dünya dağıldı? Xahiş edirəm ki, bu fikirlərdən uzaqlaşın. Ümumiyyətlə, 290 baldan yuxarı nəticə göstərən şəxslər 300 bal toplayanlardan pedaqoji nöqteyi-nəzərdən fərqlənmir". 

Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. 

O bildirib ki, onların bilik səviyyəsi, demək olar ki, eynidir. 

"Hansısa texniki məsələyə görə, hansısa bir problemə görə abituriyentlər tam şəkildə 300 balı toplamayıblar. Bu, təsadüfdür. Ola da bilər, olmaya da. Əsas odur ki, 200-dən, 290 baldan yuxarı nəticə göstərənlərin sayı çox olsun”, - deyə Məleykə Abbaszadə qeyd edib. 

DİM sədri bildirib ki, builki məzunlar arasında təxminən 800 nəfər xarici dildən 100 faiz nəticə göstərib: 

“Riyaziyyatdan 100 faiz nəticə göstərən təxminən 600 nəfər var. Onlar misal üçün riyaziyyatdan 100 faiz nəticə göstərirlərsə, ola bilsin ana dilindən 85 faiz nəticə göstərirlər. Onlar yaxşı, bacarıqlı uşaqlardır. Onların nəticələri həm bizim təhsil standartlarına, həm də beynəlxalq standartlara cavab verir”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO