Sumqayıtda vətənpərvərlik mövzusunda tədbirlər davam etdirilir

Sumqayıtda vətənpərvərlik mövzusunda tədbirlər davam etdirilir

Hazırda oxunan: Sumqayıtda vətənpərvərlik mövzusunda tədbirlər davam etdirilir

134469
Sumqayıtda şəhər Mədəniyyət evi C.Cabbarlı adına Mədəniyyət evi ilə birgə gənclər arasında vətənpərvərlik ruhunun aşılanması məqsədilə “Şanlı güclü ordumuz”x9d adlı tədbir keçirib.
Şəhər Mədəniyyət evində baş tutan tədbirdə şair Əşrəf Veysəlli, yazıçı Almaz Əliyeva, Gözdən Əlillər Cəmiyyəti Sumqayıt bölməsinin sədr müavini İlham Səməd, “Təhsil yollarında”x9d beynəlxalq ictimai siyasi hüquq qəzetinin baş redaktoru Elman Nurəddin oğlu, Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova və başqaları iştirak ediblər.

Onlar öz çıxışlarında vətənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin fədakarlığından söz açaraq bildiriblər ki, Azərbaycan xalqı onları heç zaman unutmayacaq və o igidlərin qisası mütləq alınacaq, torpaqlarımız məhz ordumuzun cəsur əsgər və zabitlərinin sayəsində işğaldan azad olunacaq.

Müğənnilər Allahverdi Xəyal,  Pənah Məmmədov, Kamil Ağazadə, Günay Sadıqovanın ifasında vətənpərvər ruhlu mahnılar, eləcədə də meyxanaçılar Məhəmməd Fəda, Elnur Ağdamlının ifasında “Əsgər marşı”x9d tədbirdə xüsusi ovqat yaradıb.

Qeyd edək ki, tədbirdə hər iki mədəniyyət evinin rəsm dərnəyi üzvlərinin vətəpərvərlik mövzusunda çəkdikləri rəsm əsərləri, o cümlədən, 4 saylı Gənclər kitabxanası tərəfindən təşkil edilmiş “Qəhrəmanlıq zirvəsinə ucalanlar”x9d adlı kitab sərgisi nümayiş olunub.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO