Tərtərin su basan kəndlərinin sakinləri TƏXLİYƏ EDİLDİ - FOTO/VİDEO

Tərtərin su basan kəndlərinin sakinləri TƏXLİYƏ EDİLDİ - FOTO/VİDEO

Hazırda oxunan: Tərtərin su basan kəndlərinin sakinləri TƏXLİYƏ EDİLDİ - FOTO/VİDEO

133679

Ötən gün respublikamızın bəzi ərazilərinə güclü yağış yağması və dolu düşməsi bir sıra fəsadlara səbəb olub. 

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Tərtər rayonunun Ağkənd, Dəmirçilər və Həsənqaya kəndlərinə yağan intensiv yağışlar səbəbindən bəzi fərdi evlərin və həyətyanı sahələrin, kənd yollarının subasmaya məruz qalması barədə məlumat daxil olub. 

Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin qüvvələri cəlb olunub. 
Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, həmçinin ərazini tərk etməkdə çətinlik çəkən şəxslərin təxliyəsi həyata keçirilib. 

FHN bir daha əhaliyə müraciət edərək sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmağı, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı tövsiyə edir. 
 







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO