"Qışdan salamat çıxdım, indi şükür Allaha, yaxşıyam. Şairin canı sağ olanda əhvalı da yüksək olur".
Moderator.az xəbər verir ki, bu sözləri publika.az-a tanınmış şair Musa Yaqub deyib. Çoxdan səhhətində problemlər yaşayan şair yaxşılaşdığını bildirib:
"Səhhətim yaxşı deyildi, həkim nəzarəti altında müalicə olundum. Sonra da dedilər ki, təbiətlə təmasda olmalıyam. Getdim İsmayıllının Buynuz kəndində dincəldim. Özümə gələndən sonra Bakıya qayıtdım. Şairin ruhu həmişəcavan olur, mən də təbim gəldikcə yazıram. Yaxın günlərdə çap olunacaq, siz də oxuyarsınız".






































































































