Dollar almaq günahdır? – İlahiyyatçıdan CAVAB

Dollar almaq günahdır? – İlahiyyatçıdan CAVAB

Hazırda oxunan: Dollar almaq günahdır? – İlahiyyatçıdan CAVAB

132905

İran Prezidenti İbrahim Rəisinin qayınatası və Əli Xameneinin Məşhəddəki nümayəndəsi Ayətullah Əhməd Ələmolhoda deyib ki, dollar almaq günahdır.

Ələmolhoda yüksək inflyasiya və İran valyutasının dəyərdən düşməsi fonunda nüfuzlu qızıl və xarici valyutaların investisiya kimi alınmasının günah olduğunu iddia edib.  

Bəs, dollar almaq, xarici valyuta ilə alver eləmək doğrudanmı günahdır?

Məsələyə ilahiyyatçı Tural İrfan aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, molla-fars rejimi öz maraqları üçün istənilən şeyin haram, istənilən şeyin halal olması haqqında fətva verə bilir:

“Çünki, din onlar üçün bir vasitədir, din pərdəsi altında onlar istənilən oyundan çıxa bilirlər. İran prezidentinin qayınatasının fikirləri də məqsədli şəkildə səsləndirilib. Zahirən molla-fars rejimi ABŞ-ı düşmən elan edib. Bununla da sədə insanlarda müəyyən təəssürat yaratmaq istəyirlər ki, Amerikanların hər şeyi, hətta dollarları da haramdır. Əslində isə rejim təmsilçiləri Amerikalılarla istənilən sövdələşməyə gedirlər. Neft-qazı və digər məhsulları Qərb dövlətlərinə satır, əvəzində dollar alırlar.Özlərinin xaricdəki bütün hesabları da dollarla idarə olunur. 1979-cu ildən bu yana molla-fars rejimi öz xarici ticarət əlaqələrini dollar üzərindən aparırlar. Nə oldu ki, birdən-birə dollar almaq günah sayıldı?!”

İlahiyyatçı məsələnin dini baxımdan da izahını verib:

“Dini baxımdan dollardan istifadədə heç bir qəbahət yoxdur. Çünki, xilafət dövründə Əməvilər dövləti zamanında Hişam bin Əbdülməlik hakimiyyətinə qədər müsəlmanlar əcnəbi pullardan istifadə edirdilər. Əbdülməlikin basdırdığı ilk pullar dövriyyəyə buraxıldıqdan sonra xarici pullardan istifadə qismən azalıb.

Amma islamda haram və günah sayılan əməllər var. Məsələn, kafir dövlətin silahlanmasına yardım etmək günahdır. Çünki, kafirlər həmin silahlardan müsəlmanları qırmaq üçün istifadə edirlər. Yəni, İranın Ermənistana hərbi yardım etməsi İslam adına ləkədir və bu böyük günahdır.

Ermənistan müsəlman ölkəsi ilə müharibə aparmasa belə bu dövlətin silahlanmasına edilən yardım günahdır. 

Hətta kafir dövlətə yardım edilməsi də günah sayılır. Ona görə də molla-fars rejimi öz ayıbını örtsə, günahlarını yumağa çalışsa daha yaxşı olar. Boş-boş fətvalarla insanların mənəviyyatı ilə oynamaq rejimə başucalığı gətirməyəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO