Hərbi qulluqçular Şəkidə uşaq evini ziyarət etdilər

Hərbi qulluqçular Şəkidə uşaq evini ziyarət etdilər

Hazırda oxunan: Hərbi qulluqçular Şəkidə uşaq evini ziyarət etdilər

132516

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup hərbi qulluqçu Ramazan bayramı münasibətilə Şəki şəhər qarışıq tipli uşaq evini ziyarət edib.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, ziyarət çərçivəsində Vətən qoruyucuları xüsusi qayğıya ehtiyacı olan, eləcə də valideyn himayəsindən məhrum uşaqların problemləri ilə maraqlanıb, onlara bayram sovqatları təqdim ediblər.

Həmçinin hərbi qulluqçular tərəfindən qurbanlar kəsilib, ad günü olan uşaqlara müxtəlif hədiyyələr təqdim olunub və doğum günü tortu hədiyyə edilib.

Şəki şəhər qarışıq tipli uşaq evinin nümayəndələri bu cür tədbirlərin keçirilməsində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.

Qonaqlar Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan uşaq evinə Müdafiə Nazirliyi adından Ulu Öndərin portretinin əks olunduğu xalça hədiyyə ediblər.

Sonda uşaq evinin sakinləri ilə xatirə şəkilləri çəkdirilib, tədbir əyləncəli proqramla başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO