Şuranın dəstəyi ilə yaradılan e-vətəndaş cəmiyyəti (www.e-vc.az) portalı Netty 2016 müsabiqəsində iştirak edir.
Bu barədə saytımıza məlumat verən e-vətəndaş cəmiyyəti (www.e-vc.az) portalının rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, rəhbərlik etdiyi sayt müsabiqənin cəmiyyət bölməsi üzrə mübarizə aparacaq.
Müsabiqə qalibləri Ekspert Şurası və Virtual münsiflər tərəfindən müəyyən olunacaq. Hər bir vətəndaş Virtual münsif kimi səsvermədə iştirak edə bilər. Bunun üçün aprelin 30-dək //www.netty.az/az/reg.shtml ünvanında qeydiyyatdan keçmək lazımdır. Səsvermə isə 1 maydan 7 mayadək həyata keçiriləcək.
Layihənin QHT camiyəsini təmsil etdiyini xatırladan Şəmsi Əsədullayev xeyriyyə ictimai birliyinin icraçı direktoru C. Hüseynzadə bildirib ki, QHT rəhbərlərindən dəstək gözləyirik.
Qeyd dək ki, Elektron vətəndaş cəmiyyəti (www.e-vc.az) portalı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qeyri-hökumət təşkilatlarına etimadın artırılması üzrə təşəbbüslərin dəstəklənməsi" layihəsi çərçivəsində 2015-ci ildə yaradılıb.
E-vətəndaş cəmiyyəti portalı QHT-lərin e-bazası və xəbərlər bölümündən ibarətdir. Sayt QHT-lərə mustəqil subdomen verir ki, onlar bu bazaya özləri haqqında informasiyaları, digər foto və video materialları daxil etsinlər. Bu informasiyaları QHT-nin subdomenli səhifəsi ilə yanaşı, portalın da müvafiq bölmələrinə yerləşir. Portalda formalaşdırılan e-bazada isə QHT-lər 24 kateqoriyalar üzrə yerləşdirilib. E-bazaya 300-dən artıq QHT haqqında informasiya və digər materiallar daxil edilib. Portal nümayəndələri və QHT nümayəndələri tərəfindən portalda vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti ilə bağlı gündəlik informasiyalar yerləşdirilir.
Portalın ən böyük üstünlüyü ondan ibarədir ki, QHT nümayəndələri öz informasiyaları birbaşa bu sayt vasitəsi ilə yaya bilir, təşkilat haqqında olan digər məlumatları da bazaya yükləyə bilirlər.
Portal "Milli Net 2015" müsabiqəsi üzrə 3-cü yerə layiq görülüb. Həmçinin bu layihə 2015-cil il üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Fəxri Fərmanı ilə təltif olunub.

































































































