
- A-
- A
- A+
Qubada rayon rəhbərliyi tərəfindən kənd sakinlərinin problemləri DİNLƏNİLDİ - FOTO
“Kəndimizdəki 9 illik natamam orta məktəbin binası qəzalı vəziyyətdədir.Burada yeni məktəbin inşa edilməsinə ehtiyac var".
Bizim.Media xəbər verir ki, bu barədə bu gün yaşayış məntəqəsinə vətəndaşlarla görüş zamanı Quba İcra Hakimiyyətinin başçısına rayonun Dəlləkli kənd sakinləri deyib.
İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev səslənən problemin müsbət həll olunması üçün mərkəzi qurumlar qarşısında məsələ qaldırılacağını bildirib. Həmin məktəb binasının keçən əsrin 80-ci illərində tikildiyi diqqətə çatdırılıb.
DTX-nin rayon şöbəsinin rəisinin, Quba İcra Hakimiyyətinin yanında İctima Şura sədrinin iştirak etdiyi səyyar qəbulda Dəlləkli kənd sakinləri kənddəki köhnə elektrik xəttlərinin yenilənməsi, Quba-Xudat magistral yolundan Dəlləkli kəndinə gələn yolun asfaltlanması kimi, onları narahat edən məsələləri rayon rəhbərinin diqqətinə çatdırıblar.
Quba İcra Hakimiyyətinin başçısı qaldırılan məsələlərin həllini tapması üçün öz tapşırıqlarını verib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































