
- A-
- A
- A+
Minaya düşən şəxslə bağlı Nazirlikdən MƏLUMAT
Minaya düşən şəxsin Kənd Təsərrüfatı Nazirliyinin yak təsərrüfatının çobanı olduğu bildirilir.
Kənd Təsərrüfatı Nazirliyi isə Bizim.Media-ya yak təsərrüfatının Sus kəndindən uzaq olduğunu və həmin adlı şəxsin orada çoban olması təkzib edilib.
MÖVZU İLƏ BAĞLI:
Laçında mina partlaması ilə bağlı rəsmi AÇIQLAMA
Baş Prokurorluğun Mətbuat Xidmətindən qeyd edilib ki, bu gün Laçın rayonunun işğaldan azad edilmiş Sus kəndi ərazisində 2001-ci il təvəllüdlü Ramil Əzizağa oğlu Əzizov mina partlayışı nəticəsində xəsarət alıb:
“Fakt üzrə prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Həmin şəxsin icazə ilə orada olub-olmaması ilə bağlı araşdırma bitdikdən sonra məlumat veriləcək”.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumatdən isə qeyd edilib ki, Laçın rayonu ərazisində minalardan təmizlənməmiş ərazisində baş verib:
“Mal-qara otararkən minalanmış əraziyə daxil olma nəticəsində baş verən hadisə zamanı bir nəfər mülki şəxs xəsarət alıb”.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































