Ağdamda ağacəkmə aksiyası keçirildi - FOTO

Ağdamda ağacəkmə aksiyası keçirildi - FOTO

Hazırda oxunan: Ağdamda ağacəkmə aksiyası keçirildi - FOTO

130147

Dövlət Turizm Agentliyinin və Ağdam könüllülərinin iştirakı ilə Ağdam rayonunda ağacəkmə aksiyası keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Umummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan ağacəkmə aksiyası mina və partlayıcı sursatlardan təmizlənmiş Ağdam Sənaye Parkının yaxınlığındakı ərazidə həyata keçirilib.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, ekoloji vəziyyətinin yaxşılaşdırılması, eləcə də Ulu Öndərin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olan təbiətin qorunması, yaşıllıqların genişləndirilməsi məqsədilə keçirilən tədbirdə yüzlərlə ağac əkilib.
Aksiyada Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, eləcə də təmsil olunan qurumların nümayəndələri iştirak edib.










Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO