BİZİM TƏQVİM: 7 aprel “Molla Nəsrəddin”nin nəşrə başladığı, Bakı Bulvarının yarandığı gündür

BİZİM TƏQVİM: 7 aprel “Molla Nəsrəddin”nin nəşrə başladığı, Bakı Bulvarının yarandığı gündür

Hazırda oxunan: BİZİM TƏQVİM: 7 aprel “Molla Nəsrəddin”nin nəşrə başladığı, Bakı Bulvarının yarandığı gündür

129289

1906-cı ilin bu günündə Şərqin ilk satirik dərgisi "Molla Nəsrəddin" jurnalının birinci nömrəsi çapdan çıxıb. Böyük ədib Cəlil Məmmədquluzadənin redaktoru olduğu jurnal Azərbaycan xalqının mütərəqqi qüvvələrini öz ətrafında toplamışdı. Jurnalda Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Əzimzadə və başqaları fəaliyyət göstərirdilər. 

Bəs, aprelin 7-də dünyada daha hansı hadisələr baş verib?

1.    1789-cu ilin 7 aprelində Osmanlı Sultanı I Əbdülhəmid vəfat etdi, yerinə III Səlim taxta çıxdı.

2.    Kibriti yaradan ingilis kimyaçısı Con Uolkerin bu icadı 1827-ci ilin 7 aprelindən İngiltərədə bazarlara girdi.

3.    Bakı bulvarı məhz bu gün yaradılıb. 1909-cu il aprelin 7-də Bakı Şəhər İdarəsinin Tikinti şöbəsinin rəisi Məmmədhəsən Hacınski Şəhər Dumasının iclasında Dənizkənarı Bulvarın tikintisi ilə bağlı məsələnin müzakirəyə çıxarılmasına nail olur. M.Hacınskinin alovlu çıxışı dənizkənarı bulvarın salınmasında önəmli rol oynayır.
4.   7 aprel 1939-cu ildə İtaliya Albaniyanı işğal etdi.

5.    1948-ci il aprelin 7-də Birləşmiş Millətlər Təşkilatının (BMT) tərkibində Ümumdünya Səhiyyə Təşkilatı (WHO) yaradıldı. Təşkilatın əsas məqsədi bütün dünya xalqlarının sağlamlığını yüksək səviyyəyə qaldırmaqdır. 1949-cu ildən 7 aprel Ümumdünya Səhiyyə Günü kimi qeyd olunur.  

Hazırda Ümumdünya Səhiyyə Təşkilatının 200-dək üzvü var.  Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1994-cü ildən həmin təşkilata qəbul edilib.

6.    7 aprel 1964-cü ildə Türkiyənin o zamankı baş naziri İsmet İnönü Kiprin prezidenti Makariosa adadakı türklərin hüquqlarını qorumaq üçün xəbərdarlıq məktubu göndərdi və Kipr Konstitusiyasının dəyişdirilməsinə Türkiyənin göz yummayacağını dedi.

7.    7 aprel 1969-cu ildə yaradılan internetin simvolik olaraq ad günüdür. Artıq 54 ildən çoxdur ki, internet həyatımıza daxil olub.

8.    1978-ci ilin 7 aprelində ABŞ prezidenti Cimmi Karter Neytron bombasının təkmilləşdirilməsinin dayandırılmasına qərar verdi.

9.    1992-ci ilin bu günündə Azərbaycanla İsrail arasında diplomatik əlaqələr qurulub.

10.    Bu gün AZAL-ın yaranması günüdür. Azərbaycan Hava Yolları 1992-ci ilin 7 aprelində təsis edilib.

7 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1.    Azərbaycan ədəbiyyatında faciə janrının banisi, tanınmış dramaturq və jurnalist Nəcəf bəy Vəzirov 1854-cü ilin bu günü dünyaya gəlib.

2.    Azərbaycan görkəmli bəstəkarı və dirijoru, Əməkdar incəsənət xadimi, dosent, Xalq artisti Hacı Xanməmmədov 2005-ci ilin bu günündə vəfat edib.

3.    Azərbaycanın ilk balerinası, baletmeyster, SSRİ Xalq artisti Qəmər Almaszadə 2006-cı ilin 7 aprelində dünyadan köçüb.

4.    7 aprel 1959-cu ildə Xalq yazıçısı Çingiz Abdullayev anadan olub. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO