Bu balaca qız iki ildir ki, məktəbdən, yoldaşlarından uzaq düşüb. Ulduzun 10 yaşı var. Onu yaşıdlarından uzaq salan onun xəstəliyidir. Atası Mais Hüseynovun söylədiyinə görə, həm azərbaycanlı həkimlər, həm də iranlı həkimlər qızına qan xərçəngi -leykoz diaqnozu qoyub. Xəstəliyin nə qədər təhlükəli olması və eləcə də müalicəsinin necə bahalı olması hər kəsə məlumdur. Ailə onsuz da min bir çətinliklə bahalı dərmanlarla müalicə etdirir, hər həftə kimya-terapiya üçün varını-yoxunu xərcləyirdi. Ancaq ailənin Ulduzun müalicəsini davam etdirmək üçün imkanı qalmayıb. Ulduzun atasını da bu ay işdən çıxarıblar, həm də öhdəsində leykozdan əziyyət çəkən qızının olduğunu bilə-bilə.
Ona görə də indi ailənin xeyriyyəçi insanların köməyinə ümidi qalıb. Ulduzun ailəsi imkanlı şəxslərdən övladlarının müalicəsini davam etdirə bilmələri üçün maddi köməklik göstərilməsini xahiş edir.
Qeyd edək ki, Mais Hüseynov məcburi köçkündür.
Əlaqə telefonları:
Atası: 055-737-44-24. xa0050-354-78-73.
Ev telefonu: xa0012-551-34-55











































































































