
- A-
- A
- A+
Qubada DTX-nin yaranmasının 104-cü ildönümü qeyd edildi - FOTO
Qubada Azərbaycan Təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının peşə bayramı ilə əlaqədar Heydər Əliyevin abidəsi ziyarət edilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Quba İcra hakimiyyətinin başçısı Ziyəddin Əliyev, DTX-nin Quba rayon şöbəsinin rəisi və əməkdaşları, yerli YAP sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Quba şəhərindəki H.Əliyev adına mədəniyyət və istirahət parkında Heydər Əliyevin abidəsi önünə tər güllər düzüb, ruhuna ehtiramlarını bildiriblər.
Qeyd edək ki, Heydər Əliyevin 23 mart 1997- ci il tarixli sərəncamı ilə 28 mart günü artıq 26 ildir Azərbaycan xüsusi xidmət orqanı əməkdaşlarının peşə bayramı və qurumun yaranma günü kimi qeyd edilir.
AytəkinAlxaslı, Bizim.Media, Şimal bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.









































































































