BİZİM TƏQVİM: 74 ildir ki, dünyanı hərbləşdirən ALYANSIN gələcəyi varmı?

BİZİM TƏQVİM: 74 ildir ki, dünyanı hərbləşdirən ALYANSIN gələcəyi varmı?

Hazırda oxunan: BİZİM TƏQVİM: 74 ildir ki, dünyanı hərbləşdirən ALYANSIN gələcəyi varmı?

126086

1915-ci ildə Çanaqqala sahillərinə qədər gəlib-çıxan müttəfiq ordularına qarşı türk sərkərdəsi Mustafa Kamalın başçılıq etdiyi Osmanlı ordusunun müqaviməti 18 martda zəfərlə nəticələndi. Qeyd edək ki, Çanaqqala savaşı Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında 1915-ci ildə Anadolunun Gelibolu yarımadası uğrunda dəniz, quru və hava müharibələri idi.

Bəs, martın 18-də dünyada daha nələr baş verib?

1. 1940-cı ilin 18 martında Hitler və Mussolini İtaliyada görüşdü və İtaliya Almaniya tərəfində müharibəyə girmək qərarı verdi. Bundan 4 il sonra almanlar Macarıstanı işğal etdi.

2. 1949-cu ilin bu günü NATO quruldu. Yaranmasının 74 ilinin tamamında dünya yenidən müharibə vəziyyətindədir. Bu hərbi qurumun keçmişi və gələcəyi haqqında araşdırmamız olacaq.

3. 18 mart 1962-ci ildə Fransanın Əlcəzair soyqırımı bitdi. 1954-ci ildə başlayan Əlcəzair qiyamı bütün səylərə baxmayaraq dayanmaq bilmirdi və nəticədə 8 il ərzində təxminən 1,5 milyon əlcəzairli həyatını itirdi.

4. 1965-ci il martın 18-də sovet kosmonavtı Aleksey Leonov “Vosxod-2” gəmisindən ilk dəfə olaraq açıq kosmosa çıxdı və 20 dəqiqə hava boşluğunda qaldı.

18 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

1. 18 mart 1584-cü ildə Rusiya imperiyasının yaradıcısı və amansızlığı ilə tanınan rus çarı İvan Qroznı ölüb.

2. 18 mart Azərbaycanın məhşur xanəndəsi Xan Şuşinskinin xatirə günüdür. Görkəmli xanəndə 1979-cu ilin bu günü 78 yaşında dünyasını dəyişib. (1901-1979)

3. Güney Azərbaycanlı jurnalist və ədəbiyyat tədqiqatçısı Həmid Məmmədzadə 1924-cü ilin 18 martında Şərqin qədim mədəniyyət beşiyi olan Təbrizdə dünyaya göz açıb.

4. 18 mart Türkiyə kinosunun tanınmış aktyoru Sadri Alışıkın xatirə günüdür. 500-dən çox filmdə oynamış Sadri Alışık 1995-ci ilin bu günü dünyadan köçüb. (1925-1995)

5. Azərbaycanlı şair, tərcüməçi Əli Kərim 18 mart 1931-ci ildə anadan olub.

6. Azərbaycanın Milli Qəhrəmanı Rafiq Nəsrəddinov 18 mart 1961-ci ildə dünyaya gəlib.

7. Professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın rəssam, qrafika ustası, Xalq rəssamı Maral Rəhmanzadə 16 mart 2008-ci ildə dünyasını dəyişib. 

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO