Paşinyan uşaqları bilərəkdən ölümə göndərir - FOTOLAR

Paşinyan uşaqları bilərəkdən ölümə göndərir - FOTOLAR

Hazırda oxunan: Paşinyan uşaqları bilərəkdən ölümə göndərir - FOTOLAR

1253

Cəbhə xəttinə göndərməyə adam tapmayan Ermənistan rəhbərliyi xəstə, qoca və qadınlarla yanaşı, uşaqları da döyüşə cəlb etməyə başlayıb.

Bizim.Media xəbər verir ki, ötən gün düşmən tərəfində azyaşlı və yeniyetmələrin məcburi şəkildə müharibədə iştirakına dair videogörüntü yayılıb. Bu fakt bir daha təsdiqləyir ki, İrəvan müharibədə uşaqlardan istifadə etməklə bütün beynəlxalq qanunların tələblərini pozur, bununla hərbi cinayət törədir.

Məsələnin hüquqi tərəfini şərh edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  şöbə müdiri Elgün Səfərov bildirib ki,  sosial mediada qarşı tərəfin uşaqlardan hərbçi kimi istifadə edilməsinə dair bir neçə fakt yayılıb:

““Uşaq hüquqları haqqında” Konvensiyanın 38-ci maddəsinə əsasən, iştirakçı dövlətlər silahlı münaqişələr zamanı uşaqlar barəsində tətbiq edilə biləcək və uşaqlara aid olan beynəlxalq humanitar hüquq normalarına hörmət bəsləməyi və onlara əməl olunmasını təmin etməyi öhdələrinə götürürlər.

Həmin maddənin 2-ci bəndinə əsasən, 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlara birbaşa cəlb edilməməsi öhdəlik kimi qeyd edilib. Amma görünən odur ki, Ermənistan hökuməti məqsədli şəkildə qoşulduğu konvensiyalara qarşı zidd əməllər həyata keçirir.

“Beləliklə, Ermənistan hökumətinin nümayəndələri Dağlıq Qarabağ ərazisində yaşayan yetkinlik yaşına çatmayan şəxsləri ordu sıralarına məcburi salaraq Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna əsasən məsuliyyətə cəlb edilməlidirlər.

Xatırladaq ki, müharibə cinayətlərinə dair məsuliyyətin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ombudsmanın, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hesabatları, müraciətləri və digər sənədləri beynəlxalq təşkilatlara təqdim edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO