Şəkidə şəhid ailələri üçün bayram süfrəsi təşkil olundu - FOTO

Şəkidə şəhid ailələri üçün bayram süfrəsi təşkil olundu - FOTO

Hazırda oxunan: Şəkidə şəhid ailələri üçün bayram süfrəsi təşkil olundu - FOTO

124366

Şəki şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə 8 mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə şəhid ailələri üçün bayram süfrəsi təşkil olunub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhid analarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edən Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınıb.

Qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edir, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirirlər.

YAP Şəki Təşkilatının sədri Daşqın Mikayılov çıxış edərək Azərbaycan qadınlarının bu gün xalqa və cəmiyyətə layiqincə xidmət etdiyini, mühüm dövlət qurumlarında uğurla təmsil olunduğunu, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak etdiyini bildirib, onları bayram münasibətilə təbrik edib.

Sonda şəhid anaları çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Bayram tədbirində müxtəlif müsiqi nömrələri səsləndirilib.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO