“Bal”x9d dövlət standartı təsdiq edildi

“Bal”x9d dövlət standartı təsdiq edildi

Hazırda oxunan: “Bal”x9d dövlət standartı təsdiq edildi

123618
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyası tərəfindən AZS 849-2016 “Bal”x9d dövlət standartı təsdiq edilib.

Bu standart emala verilən və bilavasitə istifadə üçün nəzərdə tutulan bütün bal növlərinə və sənayedə tətbiqi üçün və ya digər qida məhsullarının inqrediyenti kimi istifadəsi üçün nəzərdə tutulan bal növlərinə aiddir.

Standarta əsasən satışa buraxılan təmiz balın tərkibində, baldan başqa heç bir digər yeyinti inqrediyenti, o cümlədən qida əlavələri və ya başqa əlavələr olmamalıdır. Həmçinin balın tərkibində heç bir kənar maddələr, onun emalı prosesində və saxlanması nəticəsində digər elementlərin təsirindən əmələ gələn iy, dad, qarışıqlar olmamalıdır. Standarta əsasən bal fermentasiya və qıcqırmaya məruz qalmamalıdır. Balı onun əsas tərkibinin dəyişəcəyi və ya keyfiyyətinin aşağı düşəcəyi qədər qızdırmaq və ya emal etmək olmaz. Habelə balın kristallaşmasına təsir etmək məqsədi ilə kimyəvi və ya biokimyəvi emalı tətbiq etmək olmaz və bal insan sağlamlığı üçün təhlükə yarada biləcək miqdarda ağır metallardan azad olmalıdır.

Məlumat üçün bildirək ki, təbii bal bal verən arıların çiçəklərin nektarından, həmçinin bitkilərin yarpaq və saplaqlarından topladıqları şirədən və yapışqanlı şirin mayedən istehsal etdiyi, təbii şirin məhsuldur.

Standart Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün təqdim edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO