Bir qrup təqaüdçünün pensiyası artırıldı

Bir qrup təqaüdçünün pensiyası artırıldı

Hazırda oxunan: Bir qrup təqaüdçünün pensiyası artırıldı

12284

Son bir ildə Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin olunduqdan sonra azı altı il işləmiş 6 297 pensiyaçının pensiyasını yenidən hesablayaraq artırıb.

Bizim.Media-ya bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

 

MÖVZU İLƏ BAĞLI:

Pensiya artımı neçə faiz olacaq? - Rəsmi açıqlama 


Qeyd edilib ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaş yaşa görə pensiya təyin olunduğu gündən etibarən işləməkdə davam edərsə, hər altı ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il×12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur. 

Bu da işləyən pensiyaçıların mənafelərinin daha dolğun təmin olunmasına imkan verir.

Həmçinin yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edən şəxslər arasında sosial sığorta sistemində aktiv iştiraka marağın artmasını stimullaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO