Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət OLUNDU - FOTO

Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət OLUNDU - FOTO

Hazırda oxunan: Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət OLUNDU - FOTO
119037
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu şəhidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla anıb.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, anma mərasimində çıxış edənlər Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edərək Milli Qəhrəmanın göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıblar.

Vətən yolunda canından keçməklə gənclərə örnək olacaq bir addım atan qəhrəmanımızın döyüş ruhunun, vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğu diqqətə çatdırılıb.
Mübariz İbrahimovun göstərdiyi rəşadətin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi xüsusi vurğulanıb.

Mərasimdə Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, məzarları üzərinə tər güllər düzülüb.

Həmin gün Milli Qəhrəmanın doğulub boya-başa çatdığı Biləsuvar rayonundakı evi də bir qrup hərbi qulluqçu tərəfindən ziyarət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO