Qubada bıçaqlanmanın TƏFƏRRÜATI - ÖZƏL

Qubada bıçaqlanmanın TƏFƏRRÜATI - ÖZƏL

Hazırda oxunan: Qubada bıçaqlanmanın TƏFƏRRÜATI - ÖZƏL

118907

Fevralın 6-da Qubanın Aşağı Atuc kəndində baş verən bıçaqlanmanın təfərrüatları məlum olub.

Bizim.Media-nın kənd sakinlərindən əldə etdiyi məlumata görə, hadisəni törədən Təbriz Hacıyevlə zərərçəkmiş Pərviz Ağayev qonşudurlar.

Onların axşam saatlarında mübahisələri düşüb, Pərvizin sözləri dini inanclı olan Təbrizin xoşuna gəlməyib və onu bıçaqlayıb. Hadisə zamanı Pərviz Ağayevin içkili olduğu deyilir.
Hadisə barədə Quba rayon prokurorluğu rəsmi məlumat yayıb.

İki qonşu arasında  bıçaqlanmaya gətirib çıxaran hadisənin tam başvermə səbəbini prokurorluqda başlanan istintaq müəyyən edəcək.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO