Laçın - Xankəndi yoluna yeni könüllülər gəldi

Laçın - Xankəndi yoluna yeni könüllülər gəldi

Hazırda oxunan: Laçın - Xankəndi yoluna yeni könüllülər gəldi

117711

Xankəndi-Laçın yolunda təşkil olunan dinc ekoaksiya artıq 51 gündür davam edir. 

Bizim.Media xəbər verir ki, bu dəqiqələrdə aksiya iştirakçılarına dəstək vermək üçün yeni könüllü qrupları Laçın-Xankəndi yoluna gəliblər.  

Digərləri kimi, onlar da Azərbaycan, rus və ingilis dillərində şüarlar yazılmış plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər. 
Qeyd edək ki, aksiya zamanı gecə olduğu kimi, gündüz saatlarında da təhlükəsizlik qaydalarına riayət olunub, heç bir insident müşahidə edilməyib. Etirazçıların toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO