BİZİM TƏQVİM: Azərbaycan hökuməti danışıqlar üçün İrana missiya göndərib

BİZİM TƏQVİM: Azərbaycan hökuməti danışıqlar üçün İrana missiya göndərib

Hazırda oxunan: BİZİM TƏQVİM: Azərbaycan hökuməti danışıqlar üçün İrana missiya göndərib

117665

1 fevral 1918-ci ildə Şah hökuməti ilə danışıqlar aparmaq üçün Azərbaycan hökuməti Tehrana Fövqəladə Diplomatik Missiya göndərib. Missiyaya hüquqşünas İsmayıl xan Ziyadxan rəhbərlik edib.

Bəs, 1 fevralda dünyada daha hansı hadisələr baş verib?

1. 720-ci ilin bu günündə İsveçrə və Prussiya arasında sülh sazişi imzalanıb.

2. 1 fevral 1732-ci ildə Rusiya və İran arasında Rəşt sülhü imzalanıb. 

3. 1800-ci ilin 1 fevralında Fransada referendum yolu ilə Konstitusiya qəbul edilib. 

4. 1 fevral 1865-ci ildə ABŞ-da köləlik ləğv edilib.

5. 1884-ci ilin 1 fevralında “Oksford lüğəti”nin ilk nəşri işıq üzü görüb. 

6. 1924-cü ilin bu günündə Böyük Britaniya SSRİ-ni rəsmən tanıyıb.

7. 1 fevral 1958-ci ildə Misir və Suriya “Birləşmiş Ərəb Respublikası” yaradıb. Qurum 3 il mövcud olub. 

8. 1979-cu ilin 1 fevralında Ruhulla Xomeyni Fransadan İrana qayıdaraq hakimiyyəti ələ alıb. 

9. 1 fevral 1979-cı ildə Türk jurnalist Abdi İpəkçi qətlə yetirilib.

10. 1996-cı ilin 1 fevralında Rusiya və Ukraynada 1 milyon şaxtaçı tətilə başlayıb. 

11. 1 fevral 2007-ci ildə Cənubi Azərbaycan BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı - UNPO-nun üzvlüyünə qəbul olunub. 

12.  2004-cü il. Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yaşanan izdiham nəticəsində 251 zəvvar ölüb, 244 nəfər isə yaralanıb.

13. 2010-ci ilin 1 fevralında Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində Azərbaycan Respublikası və Komor Adaları Birliyi arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanmışdır. 

14. 2013-cü ilin 1 fevralında Londonda Avropa İttifaqı məkanında ən hündür göydələn (309,6 metr) olan "Şard" istifadəyə verilib. İtaliyalı memar Renzo Pianonun layihələndirdiyi 95 mərtəbəli binanın inşası 435 milyon funt sterlinqə başa gəlib.

Bəs, bu gün kimlər xatırlanır?

1. 1930-cu ilin bu günündə meyxana ustası Ağasəlim Çildağ anadan olub.

2. 1 fevral 1931-ci ildə Rusiyanın ilk prezidenti Boris Yeltsin anadan olub.

3. 1965-ci ilin bu günündə Brendon Li - Çin əsilli ABŞ aktyoru, aktyor Brüs Linin oğlu anadan olub. 

4. Azərbaycanın Milli Qəhrəmanı Natiq Əhmədov 1 fevral 1969-cu ildə anadan olub.

5. 1 fevral 1968-ci ildə Liza Mariya Presli - Amerikalı müğənni (Elvis Preslinin qızı).

6. 1999-cu ilin bu günündə Türkiyəli müğənni Barış Manço vəfat edib.

7. 1 fevral 2004-cü ilin Azərbaycan rejissoru və aktyoru Lütfi Məmmədbəyov dünyasını dəyişib. 

8. 2011-ci ilin bu günündə Azərbaycan müğənnisi Rüfət Mehdiyev vəfat edib.  

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO