Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti,Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvü Səbuhi Rəcəb Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası İqdır Azərbaycan Evi tərəfindən mükafatlandırılıb.
Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının başqan müavini, Türk dünyasının tanınmış yazarı Sərdar Ünsal Səbuhi Rəcəbin Türkiyə-Azərbaycan əlaqələrinin güclənməsində, istər idman, istərsə də mədəniyyət sahəsində bir sıra önəmli layihələr həyata keçirdiyini diqqətə çatdırıb. Eyni zamanda onun Türk dünyasının milli ruhlu tanınmış insənət xadimlərinin Azərbaycanda dəvət olunmasında fəal iştirak etdiyini qeyd edib.
Onu da qeyd edək ki, Səbuhi Rəcəb Türkiyə Sport Kombat Sambo Federasiyasının 1-ci vitse-prezidentidir.











































































































