İstanbul terrorunun ardınca Diyarbəkirdə də silsilə terror aktlarının həyata keçirilməsi Türkiyədə olduğu kimi Azərbaycanda da ciddi təlaş və narahatlığa səbəb olubş
Maraqlıdır,
Türkiyədə törədilən məlum terror olayları nəyə hesablanıb? Bu cür terror
aktlarında maraqlı ola biləcək hansı ölkələr var? Türkiyəni terror yolu ilə
geri çəkilməyə vadar etmək mümkündürmü?
Məsələ
ilə bağlı Moderator.az-a açıqlama verən AMEA-nən Tarix İnstitunun aparıcı elmi
işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli maraqlı fikirlər səsləndirib:
“Birmənalı
şəkildə qəbul etmək lazımdır ki, Türkiyə əvvəlki Türkiyə deyidir. Bu gün güclü bir Türkiyə dünya səhnəsinə
yeni bir oyunçu kimi daxil olubdur. Onun arxasında da
real güc durur. Bu mənada onun güclənməsini heç bir iri dövlət istəmir. Məslən,
Qərb də, ABŞ-da güclü
Türkiyə yox, onların qoyduqları sərhəddə qədər inşifaf edən Türkiyə görmək istəyirlər.
Bu mənada Türkiyə qarşı gizli hücumlar davam edəcəkdir.
Ona
qarşı ən aqressiv münasibəti Rusiya göstərir. Rusiya özündən qorxur. Çünki
Rusiya, həm də türk-müsəlman ölkəsidir. Türk-müsəlman ölkəsinin
açarı isə Türkiyədədir. Əgər onun açarı İranda olsaydı, Rusiya bu qədər həyəcan
keçirməzdi. Türkiyə regional gücdən qlobal gücə çevrilir. Bu konteksdə Rusiya
kiçilir. Rusiya başa düşür ki, orta əsrlərdəki kimi Moskva sərhədlərinə qədər
daralacaqdır. Bu daralmadan qorxur. İmperiya statusunu itirməkdədir. Ona görə də
Türkiyədəki terror təşkilatlarını dəstəkləyir.
Yenə də
təkar edim ki, bu gün Türkiyənin bu dərəcədə güclənməsi iri dövlətlərə sərf
etmir. Onların düşüncəsində hələ də Osmanlı imperiyasının xofu
vardır. Amma hesab edirəm ki, heç nə edə bilməyəcəklər. Türkiyə bu durumdan
qalib çıxacaqdır. Bizim də işimiz ona dəstək verməkdir. Çünki dünyanı türk ədaləti
xilas edə bilər. Bunun önündə də Türkiyə gedə bilər. Yalnız Türkiyə türk-müsəlman
dünyasına liderlik edə bilər. Bu həm də onun tarixi missiyasıdır. Bunun uğrunda
hamımız bir araya gəlməliyik!”x9d
Seymur
Əliyev











































































































