Yanvarın 11-dən 12-ə keçən gecə də hava şimal rayonlarında şaxtalı və qarlı olub.
Bizim.Media-nın şimal bölgəsinin məlumatına görə, səhər saatlarında Xızının Altıağac qəsəbəsində 32 sm qar qeydə alınıb, bu, bölgə üçün ən yüksək göstəricidir.
Qubanın Qrız kəndinə isə şimal rayonları arasında ən çox şaxta düşüb -15 dərəcə. Qusarın Həzrə kəndində temperatur -12, Quba şəhərində isə -10 dərəcə müşahidə edilib.
Quba hidrometerologiya müəssisəsindən verilən məlumata görə, hazırda bölgədə bəzi ərazilərdə - Xaçmazda, Şabranda, Xaltanda külək əsdiyindən mənfi temperatur xeyli aşağı düşüb. Xaltanda indi havanın temperaturu -1 dərəcə təşkil edir.
Şimal rayonlarında qarın yağması dayanıb, günəşli hava müşahidə olunur.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:57 / 12.01.2023
Ən çox şaxta düşən bölgə - FOTO
Hazırda oxunan: Ən çox şaxta düşən bölgə - FOTO
Hazırda oxunan: Ən çox şaxta düşən bölgə - FOTO
114328
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.