Prezident “Elmlər Akademiyası”x9dnın yeni çıxışının açılışına qatılacaq

Prezident “Elmlər Akademiyası”x9dnın yeni çıxışının açılışına qatılacaq

Hazırda oxunan: Prezident “Elmlər Akademiyası”x9dnın yeni çıxışının açılışına qatılacaq

113515
Bu gün “Elmlər Akademiyası”x9d stansiyasının ikinci çıxışının açılışı olacaq.

Bu barədə AzNews.az-a Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Bildirib ki, bu saatlarda artıq stansiyanın ikinci çıxışı açılacaq.

Məlumata görə, açılışa prezident İlham Əliyevin gəlişi də gözlənilir. 

Xatırladaq ki, stansiyanın yeni 4 giriş-çıxışı inşa olunub. Çıxışların 2-də müasir eskalator quraşdırılıb. Stansiyanın çıxışlarından biri Bakı Dövlət Universitetinin qarşısına (Z.Xəlilov küç), ikincisi Mətbuat prospektinə, digər ikisi isə Bəxtiyar Vahabzadə küçəsinə çıxacaq. Həmçinin 3 istiqamətə yönələn çıxışlar piyadalar üçün ərazidə yeraltı keçid rolunu oynayacaq. 

Qeyd edək ki, 2012-ci ilin avqustundan “Elmlər Akademiyası”x9d stansiyasının 2-ci çıxışının tunelində tikinti işlərinə başlanılıb. Yeni ikinci çıxışın tikilməsində əsas məqsəd metrostansiyada olan sərnişin sıxlığının qarşısını almaqdır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO