Qənirə Paşayeva Türkiyənin 3 bölgəsində kitablarını təqdim edib  - FOTOLAR

Qənirə Paşayeva Türkiyənin 3 bölgəsində kitablarını təqdim edib - FOTOLAR

Hazırda oxunan: Qənirə Paşayeva Türkiyənin 3 bölgəsində kitablarını təqdim edib - FOTOLAR

111353
Türkiyənin Manisa, Sakarya, Bolu bölgəsində Milli Məclisin üzvü Qənirə Paşayevanın kitablarının imzalanması mərasimi olub.xa0

Moderator.az xəbər verir ki, xa0Q.Paşayevanın araşdırmaçı-yazar İmdat Avşarla birlikdə hazırlayıb tərtib etdiyi “Karabağ hikayeleri”x9d kitabının və Q.Paşayevanın Türkiyədə nəşr olunmuş “Allah seven kalplerdedr”x9d və “Aşk Başka”x9d kitablarının imzalanma mərasimlərində bölgə rəsmiləri, ziyalılar, jurnalistlər və gənclər fəal iştirak ediblər.

Qənirə Paşayeva özəlliklə gənclərə “Karabağ hikayeleri”x9dni oxumalarını, ortaq tariximizi dərindən öyrənməyi tövsiyyə edib və Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından danışıb. Türkiyə KİV-lərinin geniş iştirak etdiyi tədbirdə Q. Paşayeva “Karabağ hikayeleri”x9d kitabının tərtib edilməsində əsas məqsədin Türkiyə və ondan kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildirib: “Kitabda yer alan bir-birindən dəyərli hekayələrin, Azərbaycanın haqq səsini, öncə qardaş Türkiyədə və türk dünyasında, sonra da bütün dünyada əks etdirəcəyinə inanırıq”x9d. Millət vəkili Qənirə Paşayeva müəllifi olduğu digər kitablar barədə də danışıb. Gənclərin müəllifi olduğu kitablarla bağlı suallarını da cavablan Qənirə Paşayeva bildirib ki, Türkiyədə çıxan “Allah, sevən kalplerdedir”x9d ve “Aşk Başka”x9d kitabından əldə ediləcək bütün gəlirin yoxsul ailələrin qızlarının universitetdə təhsil ala bilməsi üçün xərclənməsi, ktablarının belə bir missiyaya xidmət etməsindən çox məmnundur. Nəşrindən cəmi iki ay keçməmiş “Allah, sevən kalplerdedir”x9d kitabının Türkiyədə 2-ci baskı ilə çap olunmasını oxuyucuların böyük diqqəti olduğunu deyən millət vəkili bütün oxuyuculara təşəkkürünü bildirib. O, Türkiyənin bəzi bölgələrində də kitablarının təqdimat və imzalanması üçün dəvət aldığını və mümkün olduğu qədər iştirak edəcəyini də söyləyib. xa0Millət vəkili yaxın günlərdə Türkiyədə yeni bir kitabının da nəşr olunacağını və oxuyucuların ixtiyarına veriləcəyini də deyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO