Sabah Fuad Qəhrəmanlının apelyasiya şikayətinə baxılacaq

Sabah Fuad Qəhrəmanlının apelyasiya şikayətinə baxılacaq

Hazırda oxunan: Sabah Fuad Qəhrəmanlının apelyasiya şikayətinə baxılacaq

110781
“Dekabr ayının 11-də Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı barəsində qərardan apelyasiya şikayətinə baxılacaq”x9d

Bu haqda modern.az saytına məlumat verən vəkil Fəxrəddin Mehdiyev deyib ki, şikayət Nəsimi rayon Məhkəməsinin Fuad Qəhrəmanlı barəsində çıxardığı 3 ay müddətinə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlıdır”x9d.

Hüquqşünas deyib ki, məhkəmədən sonra müvəkkili ilə Bakı İstintaq Təcridxanasında görüşəcək:

“Fuad Qəhrəmanlını artıq həmin təcridxanaya köçürüblər. Məhkəmədə və istintaqda onunla görüşmüşəm. Müvəkkilim təqsirləndirilən maddələrlə qətiyyən razılaşmır. O, ittihamları rədd edir. Hesab edir ki, “Facebook”x9d sosial şəbəkəsindəki yazılar təhlili və tənqidi məqalələrdir”x9d.

Fuad Qəhrəmanlı dekabrın 8-də Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar)  və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunaraq 3 ay müddətinə həbs edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO