Azərbaycanda neçə müəllim var? - SAYI AÇIQLANDI

Azərbaycanda neçə müəllim var? - SAYI AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda neçə müəllim var? - SAYI AÇIQLANDI

109746

"Azərbaycanda 150 mindən artıq pedaqoji heyətdə təmsil olunan şəxs var ki, onun da təxmini 125 mini müəllimdir. Həmin müəllimlərin də hamısını sertifikasiyadan keçirməyə texniki imkanlarımız var".

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə səsləndirilən suallara cavabında deyib.

Nazir vurğulayıb ki, bu gün 5000-ə yaxın müəllim imtahana cəlb oluna bilirsə, bu rəqəmin 8000-9000-ə çatdırılması nəzərdə tutulur.

Onun sözlərinə görə, elə müəllim qrupu var ki, onlar ixtisasartırmaya cəlb olunsa da, nəticəsi dəyişməyəcək: “İmtahandan keçə bilməyən 24 % müəllimin təqribən 5-10 faizi ən asan suallara yenə də cavab verə bilməyəcəklər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO