Şuşaya turist səfərləri başlayacaq - RƏSMİ

Şuşaya turist səfərləri başlayacaq - RƏSMİ

Hazırda oxunan: Şuşaya turist səfərləri başlayacaq - RƏSMİ

108490

“Qarşımızda duran ən müqəddəs vəzifələrdən biri Qarabağın turizm destinasiyası kimi inkişaf etdirilməsidir. Qəhrəman ordumuzun döyüşərək geri qaytardığı torpaqlarda insanlarımızın yaşayını təmin edəcəyik və turizm bu istiqamətdə aparıcı sahələrdən biri olacaq. Artıq bu yöndə bir neçə layihələrin icrasına başlanılıb”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Azərbaycan Turizm Sammiti 2022”də səsləndirib.

“Bu ilin mart ayında Suqovuşanda cənab Prezidentin iştirakı ilə turizm kompleksinin təməlqoyma tədbiri keçirildi. Eyni zamanda Ağdamda tarixi Şahbulaq qalası ətrafında turizm üzrə ilkin rekreasiya infrastrukturu qurulub.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağa səfərlərdə ən çox tələbat Şuşayadır


Şuşa şəhərinin və Daşaltının, Füzuli , Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin turizm imkanlarının qiymətləndirilməsi aparılıb və müvafiq inkişaf strategiyaları və fəaliyyət planlarına inteqrasiya edilib.

Yaxın günlərdə Şuşaya turizm məqsədli səfərlərin təşkili üçün işlərimizi yekunlaşdırmaq üzrəyik. Artıq vətəndaşlarımız digər yerlərə olduğu kimi, Şuşaya da turizm məqsədli səfərlər edə biləcəklər. Bir sözlə, Qarabağın turizm potensialının öyrənilməsi, reallaşdırılması, tanıdılması üçün çoxistiqamətli tədbirlər icra olunur”, - deyə Agentlik sədri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO