XİN-in geniş tərkibli kollegiya iclası keçirilib - FOTO

XİN-in geniş tərkibli kollegiya iclası keçirilib - FOTO

Hazırda oxunan: XİN-in geniş tərkibli kollegiya iclası keçirilib - FOTO

10822

Fevralın 4-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin geniş tərkibli kollegiya iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Verilən məlumata görə, iclasda XİN-in kollegiya üzvləri, xüsusi tapşırıqlar üzrə səfirlər və struktur bölmələrin rəhbərləri iştirak ediblər.

İclas XİN rəhbəri Ceyhun Bayramovun çıxışı ilə başlayıb.

Daha sonra XİN-in struktur bölmə rəhbərləri tərəfindən aşağıda qeyd olunan məsələlərə dair məlumatlar təqdim edilib. 

Belə ki, 2020-ci ilin noyabr ayından başlayaraq, xaricdəki diplomatic nümayəndiliyimizə göndəriləcək kadrlar XİN daxili müsabiqə nəticəsində seçilməsinə, nazirlikdə işə qəbulun ictimaiyyət üçün açıq müsabiqə əsasında təşkil ediləcəyi, bu ildən mövcud kadrların müxtəlif ixtisasartırma proqramlarına cəlb edilməsinin təmin ediləcəyi bildirilib.

Bundan başqa iclasda nazirlikdə yeni elektron sənəd dövriyyəsi sistemi tətbiq edildiyi, sənədlərin vaxtında və tam icrasının nəzarətə götürüldüyü və  Azərbaycan Respublikası və xarici ölkələrin vətəndaşlarına konsulluq xidmətlərinin göstərilməsi sahəsində xidmətlərin elektronlaşdırılması üzrə bir neçə layihəyə start verildiyi haqqında məlumat verilib.

İclasda qeyd olunan məsələlər barədə geniş müzakirələr aparılıb.

Sonda yaxın zamanlarda diplomatik nümayəndəliklərin rəhbərlərinin iştirakı ilə də müvafiq görüşün keçiriləcəyi haqqında məlumat verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO