Yazının birinci hissəsi ilə buradan oxuya bilərsiniz:
Digər bir yanlışlıq həmcins üzvlərə verilən tərifdə özünü daha qabarıq şəkildə göstərir. Tərifdə yazılır: “Eyni üzvlə əlaqələnən, eyni suala cavab verib eyni cümlə üzvü olan bərabərhüquqlu söz və ifadələrə həmcins üzvlər deyilir”x9d (səh. 107)
Nədir bu tərifin çatışmayan cəhətləri:
1.Bir tərifdə eyni sözün üç dəfə təkrar olması nə deməkdir?!
2. Söhbət həmcins üzvdən gedirsə “söz və ifadələrə həmcins üzvlər deyilir”x9d formasında ifadə etmək nə lazım.
3. “Eyni üzvlə əlaqələnən, eyni suala cavab verən”x9d ifadələri elə dolayı yolla eyni “cümlə üzvü”x9d ifadəsinin sinonimi deyilmi?! Açıq aydın görünür ki, həmcins üzvlərə verilən bu tərif söz yığınından başqa bir şey deyildir. Bu cür tərifi tərtib etmək üçün elə başa düşürəm ki, elmlər doktoru yaxud professor olmaq o qədər də vacib deyil. Bu anlayışa bələd olan ortabab bir orta məktəb müəlliminin bu anlayışa verdiyi tərif, bəlkə də bu tərifdən daha yığcam və elmi görünər. Məsələn, həmcins üzvə “cümlədə eyni suala cavab verən, eyni üzvə bağlı olan bircinsli üzvlərə həmcins üzvlər deyilir”x9d formasında tərif verilsə, bəlkə də, dərslikdəki tərifdən daha yığcam və daha elmi görünər. (ola bilsin ki,bundan da elmi və konkret tərif verilə bilər). Bu tərifin dərslikdəki tərifdən birinci üstünlüyü onun az sözlə ifadə olunmasıdır. Yəni dərslikdəki tərif 18 sözdən ibarət olduğu halda, sonrakı tərif 14 sözdən ibarətdir ki, bu cür fərqin nə demək olduğunu dilə qiymət verənlər daha yaxşı başa düşərlər.
Dərsliyə daxil edilən mətnlərlə tanış olduqda isə müəlliflərin bu sahədəki bacarıqlarının, qrammatik anlayışların tərtibi sahəsindəki bacarıqlarından daha da zəif olduğu diqqəti cəlb edir.
Məsələn, dərsliyə daxil edilən mətnlərin ardıcıl olaraq ikisi “Qabusnamə”x9ddən dördü isə “Füyüzat”x9djurnalından götürülmüşdür. Yaxud tərtibçilər müəllifi Seyid Ramin olan “Qurban Səidin gizli qalmış ömrü”x9d adlı mətni ixtisarla dərsliyə nə üçün daxil etdikləri məlum deyil. “Əli və Nino”x9d romanının müəllifi Qurban Səidin arxasında kimin gizləndiyi bu gün də dəqiq olaraq kimsəyə məlum deyil. Əksər araşdırmacıların Y.V.Çəmənzəminliyə aid etdikləri bu əsərin qeyd edilən mətndə əlavə olaraq daha dörd müəllifə aid olduğu göstərilir. Başa düşmək olmur ki, bu mətni dərsliyə daxil edərkən dərslik müəllifləri qarşılarına hansı məqsədi qoyublar. Təsdiq olunmamış faktla bağlı bir tədqiqat işini dərsliyə daxil etməkdə məqsəd nədir?!
Əgər son dövrlərdə “Əli və Nino”x9d əsərinin müəllifinin böyük yazıçı Y.V.Çəmənzəminli olduğu iddia edilirdisə, hansısa tədqiqat işindən götürülmüş bu parçada həmin əsərin müəllifinin əslən Azərbaycanlı olan Məhəmməd Əsəd bəyin olduğu qeyd edilir. Dərsliyə daxil edilən mətnlərdən biri Vətən torpaqları uğrunda döyüşərək bütün sağlamlıqlarını (eyni zamanda canlarını) qurban verən igid oğullarımızın qəhrəmanlıq dolu keçmişini aşağılayan (Müəllifi Şükran Ümid olan) “Sədaqətli dost”x9d (səh.93) mətnidir. Mətn təqribən belə başlayır: “Doğma Qarabağımızda qızğın döyüşlər gedirdi,qan su yerinə axırdı. Döyüşün ən qızğın vaxtında əsgərlərimiz sürətlə arxadakı səngərə çəkilmək məcburiyyətində qaldılar. Əsgərlərdən biri ən yaxın dostunu yanında görməyincə “görəsən dostum səngərə doğru geri çəkilərkən düşmən tərəfindən vurulmadı ki? ”“ deyə narahat oldu. Düşündüyü doğru çıxmışdı... Özü səngərdə ikən, dostunun döyüş meydanında qalmağına heç cür razı ola bilməzdi. Komandirə yaxınlaşıb: “Cənab komandir”x9d ”“ dedi, - dostum geri çəkilərkən düşmənlər tərəfindən vurulub, icazə verin onu döyüş meydanından çıxarım. “Komandir dedi:
-Xeyr, olmaz. Görmürsən, güllələr üstümüzə yağış kimi yağır. Ehtimal ki,o, dünyasını çoxdan dəyişib”x9d
Əsgərin əl çəkmədiyini görən komandir ən nəhayət ona icazə verir və əsgər gedir. Əsgər “Dostuna tərəf yaxınlaşdı və onu arxasına alaraq səngərə tərəf süründü. Komandir vurulmuş əsgərin nəbzini yoxlayıb dedi: -Sənə demişdim ki, dostun dünyasını çoxdan dəyişib. Çox şükr ki, sənə bir şey olmadı. İndi de görüm həyatını təhlükəyə atmağın bir mənası vardımı?”x9d (səh.93)
Əhsən bu mətni qələmə alan və həm də onu dərsliyə daxil edən müəlliflərə...
Görəsən, müqəddəs vətən torpaqlarına gələcəkdə sahiblik edəcək bugünkü məktəblilərimizə geriyə çəkilərək canını qurtarmağı təlqin edən, düşmən əlindən geri çəkilməklə bir neçə əsgərlə canını qurtarmaqla fəxr edən, dostunun meyitini döyüş bölgəsindən çıxaran əsgərin işini “həyatını təhlükəyə atmağın bir mənası vardımı?!”x9d deyərək özünü ağıllı və “əsgərəyanımlı”x9d göstərən belə bir komandirin şagirdlərə nümunə göstərilməsinə ehtiyac varmı?!
Mətnin müəllifi qələmə aldığı uydurulmuş hadisənin fərqinə varmasa belə, həmin mətni dərsliyə daxil edib şagirdlərə nümunə göstərən dərslik müəllifləri hara baxır. Hələ sovetlər dönəmində biz məktəblilərin oxuduğu dərsliklərdə Panfilovçuların “Geriyə yol yoxdur, arxa Moskvadır”x9d deyərək son nəfəsə qədər canlarını qurban vermələrindən xəbərləri yoxdur Hələ Qarabağ döyüşlərində bundan da diqqətçəkən qəhrəmanlıqlar göstərən oğullarımızı demirəm. Son günlərdə qorxmadan düşmən səngərinə girib onun neçə - neçə əsgərini məhv edən Mübariz İbrahimov kimi əsgərləri nümunə gətirmək olmazmı? Döyüş səngərindən dostunun meyitini çıxarmağı “mənasız”x9d adlandıran bir komandiri şagirdlərə nümunə göstərmək olarmı?! Bu müəlliflərin əsir və itkin düşənlərlə bağlı dövlətimizin apardığı təqdirəlayiq işlərdən xəbərləri yoxdurmu?!
Nahaq deməyiblər, aşıq gördüyünü çağırar. Biz bu gün şagirdlərə nəyi təlqin ediriksə, onlar sabah o istiqaməti əsas götürəcəklər. Çünki şagirdin orta məktəb dərsliklərindən öyrəndikləri nümunələr onlara ata öyüdündən də güclü təsir göstərir. İnstitutda bizimlə bir qrupda oxuyan bir tələbə yoldaşım qız danışırdı ki, aşağı sinif dərsliklərindən birində verilən mətndə göstərilirdi ki, çayın kənarında oynayan bir məktəbli çayda boğulmaq üzrə olan bir uşaq görür və yaşına yaraşmayan bir bacarıqla çaya tullanıb həmin uşağı ölümün caynağından xilas edir. Bu hadisə o an dildən ”“ dilə düşür. Həmin xilasedici məktəbli haqqında qəzetlərdə yazılar dərc olunmağa başlayır. Məktəbli məşhur bir qəhrəmana çevrilir. Bizim tələbə yoldaşımız söyləyirdi ki, bu maraqlı mətn mənim həyata baxışımı tamamilə dəyişmişdi və mən də onun kimi qəhrəman olmaq istəyirdim. Həmin mətnlə tanış olnadan bir neçə ay sonra uşaqlarla çayın qırağında oynayarkən təsadüfən bir quzunun mələyə - mələyə suya batıb ”“ cıxdığını gördüm. O dəqiqə dərslikdən oxuduğum o məktəblinin qəhrəmanlığı yadıma düşdü və quzunu xilas etmək üçün özümü çaya atdım. Gözlərimi açanda özümü otun üstünə sərilmiş, bir neçə nəfərin ətrafıma cəmləşdiyini gördüm.
Nümunənin təsiri budur. Ona görə də dərsliklərə daxil edilən mətnləri seçərkən, məktəbliləri qəhrəmanlıqlara səsləyən, haqsızlıqla barışmamağa çağıran nümunələrlə zənginləşdirmək müəlliflərin əsas vəzifələrinə çevrilməlidir.
İnsanı məğlubiyyətlə barışmağa səsləyən, bədii cəhətdən zəif, kiminsə şəxsi təəssüratı əsasında qələmə alınmış mənasız cızma ”“ qara ilə dərslikləri doldurmaq insana, eyni zamanda insanlığa xəyanətdir.
Dərsliklərimiz gəncliyi insanlığa, xeyirxahlığa, yurdun ”“ vətənin qalxanına çevrilməyə, vətənin azadlığını öz şəxsi azadlığından üstün tutmağa səsləyən bir çağırış olmalıdır və elə başa düşürəm ki, belə də olacaqdır.
Hörmətlə Sərdar Zeynal
Filologiya üzrə elmlər doktoru
Sabunçu rayonundakı 142 â„– li
orta məktəbin dil- ədəbiyyat müəllimi.











































































































