Dövlət Yol Polisindən sürücülərə xəbərdarlıq

Dövlət Yol Polisindən sürücülərə xəbərdarlıq

Hazırda oxunan: Dövlət Yol Polisindən sürücülərə xəbərdarlıq

10552

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə respublikada tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması nəticəsində bəzi xidmət sahələrinin və ibtidai təhsil müəssisələrinin fəaliyyətə başlaması ilə əlaqədar paytaxt küçələrində nəqliyyat sıxlığının yaranması müşahidə olunur.

Baş Dövlət Yol Polisi İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, aparılmış təhlillər zamanı müəyyən edilmişdir ki, ayrı-ayrı yerlərdə nəqliyyat sıxlıqlarının yaranmasına səbəb təkcə avtomobil sayının artması deyil, intensiv hərəkət zamanı müxtəlif texniki nasazlıqlara görə yolun hərəkət hissəsində mühərriki sönüb qalmış avtomobillərdir.

 

MÖVZU İLƏ BAĞLI:

Məktəblərin ərazisində hərəkətin intensivliyi artıb - Yol Polisi müraciət etdi


Belə halların baş verməməsi və nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi bir daha nəqliyyat vasitələrinin texniki sazlığına cavabdeh şəxsləri istifadələrində olan nəqliyyat vasitələrinə vaxtlı-vaxtında texniki qulluq göstərməyə çağırır və nasaz avtomobillərlə yola çıxaraq digər hərəkət iştirakçılarının sərbəst hərəkətinə maneə törədən sürücülər haqqında qanunvericiliyin tələblərinə uyğun qaydada ciddi cəza tədbilərinin görüləcəyi barədə xəbərdarlıq edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO