AXP sədri Pənah Hüseynin deputatlığa namizəd olduğu 13 saylı Sabirabad seçki dairəsindən qanun pozuntuları ilə bağlı məlumatlar gəlməkdədir.
Musavat.com-un əməkdaşlarının verdiyi son məlumata görə, P.Hüseynin müşahidəçiləri 13 saylı məntəqədən çıxarılıblar, qapılar bağlanıb və sədrin rəhbərliyi altında qutunu doldurublar.
Məntəqənin samavar tüstüsü içərisində qaldığı və müəyyən gərginliyin yaşandığı da bildirilir.














































































































