Bakının bu parkında pandus dərdi: İnsanlar çətinlik çəkir - VİDEO

Bakının bu parkında pandus dərdi: İnsanlar çətinlik çəkir - VİDEO

Hazırda oxunan: Bakının bu parkında pandus dərdi: İnsanlar çətinlik çəkir - VİDEO

101934

Paytaxt ərazisində yerləşən parkların birindən fiziki məhdudiyyətli şəxslər və uşaq arabası ilə gəzən sakinlər istifadə edə bilmirlər. Buna səbəb isə onların hərəkəti üçün quraşdırılmış pandusdur. Pandus elə inşa edilib ki, ümumiyyətlə istifadəyə yararsızdır.

Bizim.Media xəbər verir ki, söhbət Azadlıq Prospekti və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən parkdan gedir.

Parkın pilləkənlərində nəzərdə tutulmuş pandus düzgün tikilməyib. Bu isə fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan insanların və uşaq arabası ilə olan şəxslərin hərəkətində çətinliklər yaradır.
Bu hal paytaxt sakinlərini də narahat edir. Onların fikrincə, o pandusdakı pilləkənlər artıqdır.

Ekspertlər isə bildirir ki, pilləkən sayı az olan yerlərdə dəmir məhəccərlərə ehtiyac yoxdur. Digər ərazilərdəki panduslarda isə pilləkənlər içəridə olmalıdır.

Məsələ ilə əlaqədar Nəsimi rayon icra hakimiyyəti bildirib ki, əraziyə baxış keçirildikdən sonra problemin həlli istiqamətində işlər görüləcək.

Ətraflı Xəzər TV-nin süjetində:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO