Şəhid Səbuhi Əhmədovun qardaşına qarşı DƏLƏDUZLUQ

Şəhid Səbuhi Əhmədovun qardaşına qarşı DƏLƏDUZLUQ

Hazırda oxunan: Şəhid Səbuhi Əhmədovun qardaşına qarşı DƏLƏDUZLUQ

101466

Bu ilin sentyabrında Ermənistan ordusunun törətdiyi təxribat nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov dələduzluqla üzləşib.

Bizim.Media xəbər verir ki, bu barədə şəhidin qardaşının dostu Elyar İslamoğlu məlumat verib. 

O bildirib ki, Sənana xarici nömrədən zəng edilib və zəngi edən şəxs Moskvada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun qohumu olduğunu qeyd edərək Sənandan pul köçürmək üçün hesab nömrəsi istəyib:
“Sənan hesab nömrəsini deyib. Daha sonra ondan göndərilən kodu deməsi istənilib. Kodu deyən kimi kart hesabındakı pullar çəkilib. Zəngi edən şəxs Sənanın şəhid qardaşı olduğunu bilib. Azərbaycan dilində danışırmış. Zəng edilən nömrə +793 980 38183”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev qafqazinfo.az-a məsələnin nəzarətə götürüldüyünü açıqlayıb:

“Baş vermiş hadisə araşdırılır və nəticəsi ilə bağlı məlumat veriləcək”.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO