Şəhidin ailəsində sevincli ANLAR - FOTO

Şəhidin ailəsində sevincli ANLAR - FOTO

Hazırda oxunan: Şəhidin ailəsində sevincli ANLAR - FOTO

101385

“Azərbaycan Bayrağı” ordenli, Şuşa fatehi, şəhid baş leytenant Ağasəf Ağayevin ailəsində bu günlər sevincli anlar yaşanır.

Şəhidin atası, birinci Qarabağ müharəsinin qazisi Abid Ağayev Bizim.Media-ya bildirib ki, Ağasəf yenidən dünyaya gəlib. Belə ki, Abid Ağayevin qızının oğlu anadan olub və baba körpəyə şəhid oğlunun adını verib.

Abid Ağayev Qax rayon Mərkəzi xəstəxanasında onları yüksək səviyyədə qarşıladıqlarını və bu gün də həkimlərin hər an balaca Ağasəfi diqqətdə saxladığını bildirib.  
Qeyd edək ki, baş leytenant şəhid Ağasəf Ağayevi Şuşa işğaldan azad ediləndən sonra Şuşa məscidini təmizləyərkən çəkilən videolardan sonra tanımışıq.

Zəfər paradına qatılan baş leytenant dərhal döyüş bölgəsinə yollanıb və düşmən təxribatı nəticəsində döyüş yoldaşları ilə minaya düşərək şəhidlik zirvəsinə yüksəlib.

Xatırladaq ki, bu günlərdə Abid Ağayev şəhid oğlunun Şuşada təmizlədiyi məscidi ziyarət edib.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO