Xaçmazda şəhid Elnur Rüstəmovun 40 mərasimi keçirildi - FOTO

Xaçmazda şəhid Elnur Rüstəmovun 40 mərasimi keçirildi - FOTO

Hazırda oxunan: Xaçmazda şəhid Elnur Rüstəmovun 40 mərasimi keçirildi - FOTO
100752
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xaçmazın Əbilyataq kəndində Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş Elnur Faiq oğlu Rüstəmovun 40 mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, rayon rəsmiləri, şəhid ailələri, qazilər, sakinlər əvvəlcə kənd qəbristanlığında şəhid Elnurun məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.

Xaçmaz İH başçısı Elnur Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri  şəhidin ailə üzvləri ilə görüşüb. Elnur Rzayev şəhidin atası Faiq Rüstəmova belə vətənpərvər oğulla yalnız  öyünməli olduğunu tövsiyə edib.
Elnurun və hərbçi dostlarının düşmənin ayağının  bir daha torpağımıza basmasına  imkan vermədiklərini və əbədiyyətə qovuşduqlarını deyən rayon rəhbəri son erməni təxribatında qəhrəmancasına şəhid olan 81 hərbçimizin hər birini hörmətlə anıb.

Qeyd edək ki,Azərbaycan Silahlı Qüvvələrinin baş giziri olmuş Elnur Rüstəmov Vətən Müharibəsində də fəal iştirakı ilə seçilib.

O, Vətən savaşında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasınz görə",  "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdi. 33 yaşlı Elnur Rüstəmovun 3 oğlu qalıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO