Beşmərtəbəli yaşayış binasının altından səkkiz nəfərlik iki ailə xilas edildi - FOTO

Beşmərtəbəli yaşayış binasının altından səkkiz nəfərlik iki ailə xilas edildi - FOTO

Hazırda oxunan: Beşmərtəbəli yaşayış binasının altından səkkiz nəfərlik iki ailə xilas edildi - FOTO

596976

Aralıq dənizi, Cənub-Şərqi və Şərqi Anadolu bölgələrindəki 10 vilayətdə baş verən zəlzələlərdə dağılan Hatayın İskenderun rayonunda 5 mərtəbəli yaşayış binasının dağıntıları altından 107 saat sonra daha 2 nəfər xilas edilib.

Beləliklə yerlə-bir olan binanın dağıntıları altından sağ çıxanların sayı 8-ə yüksəlib.

Mənzilin 1-ci mərtəbəsində üzbəüz yaşayan iki ailənin 8 üzvünün dağıntılar altında qaldığını öyrənildikdən sonra əməliyyata başlanılıb. Uzun sürən mübarizə nəticəsində zəlzələdən 102 saat sonra xilasedicilər Yasemin və Kadir Oktay cütlüyünü, həmçinin uşaqları Arda (15), Zilan (22), Helin (24) və Dilan Oktayı (19) xilas edə biliblər. Onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar. Bundan 5 saat sonra isə Raziye və Hacı Murat Kılınç cütlüyü xilas edilib.

 

Mənbə: Haber Global

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO