Prezidentdən Yerlan Sıdıkova TƏBRİK MƏKTUBU
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lev Qumilyov adına Avrasiya Milli Universitetinin İdarə Heyətinin sədri-rektoru Yerlan Sıdıkova təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, mətndə deyilir:
"Hörmətli cənab Sıdıkov,
Sizi və rəhbərlik etdiyiniz kollektivi əlamətdar yubiley – Lev Qumilyov adına Avrasiya Milli Universitetinin (AMU) yaranmasının 30 illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Yarandığı gündən etibarən AMU şərəfli yol keçərək mühüm uğurlara imza atmış, Qazaxıstanın aparıcı ali təhsil müəssisələrindən biri, regionda mötəbər elm və təhsil mərkəzinə çevrilmişdir.
Professor-müəllim heyətinin peşəkarlığı və tədris proses...