Çernobıldakı heyvanlar alimləri təəccübləndirdi

Çernobıldakı heyvanlar alimləri təəccübləndirdi

Hazırda oxunan: Çernobıldakı heyvanlar alimləri təəccübləndirdi
614703
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Alimlər müəyyən ediblər ki, Çernobılın təcrid zonası Avropada vəhşi məməlilər üçün ən böyük sığınacaqlardan birinə çevrilib.

Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələri “Proceedings of the Royal Society B” (PRSB) jurnalında dərc olunub.

Tədqiqatçılar Çernobıl zonasında, qoruqlarda və Ukraynanın şimalındakı adi ərazilərdə 174 fototələ quraşdırıblar.

Müşahidələr göstərib ki, ən zəngin heyvan müxtəlifliyi məhz təcrid zonasında və ona bitişik Drevlyan qoruğunda qeydə alınıb. Burada vaşaq, canavar, sığın, nəcib maral və hətta Prjevalski atlarına daha tez-tez rast gəlinib.

Alimlərin sözlərinə görə, əsas amil radiasiya çirklənməsi deyil, insanların demək olar ki, tamamilə olmamasıdır. Əraziyə girişin məhdudlaşdırılması, ovun qadağan edilməsi və təsərrüfat fəaliyyətinin zəif olması heyvanlara populyasiyanı bərpa etməyə və əvvəllər demək olar ki, yoxa çıxdıqları ərazilərə yenidən qayıtmağa şərait yaradıb. Kiçik qoruqlarda və adi ərazilərdə göstəricilər nəzərəçarpacaq dərəcədə aşağı olub.

Araşdırma müəllifləri hesab edirlər ki, tədqiqat insan müdaxiləsinin minimum olduğu böyük mühafizə zonalarının nə qədər vacib olduğunu göstərir. (azertag.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO