Hacıqabul gölünə su kanalı çəkiləcək - VİDEO

Hacıqabul gölünə su kanalı çəkiləcək - VİDEO

Hazırda oxunan: Hacıqabul gölünə su kanalı çəkiləcək - VİDEO
614443
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir zamanlar köçəri quşların, ovçuların və turistlərin ən çox üz tutduğu Hacıqabul gölü indi demək olar ki, tamamilə quruyub.

İllərdir ki, göl su ilə qidalanmır. Su çatışmazlığı nəticəsində göldə balıqlar və digər canlılar demək olar ki, yoxa çıxıb və su quşları bu ərazini tərk edib. İndi burada yalnız qurumuş torpaq və susuzluğun yaratdığı mənzərə qalıb.

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, hazırda gölün yenidən su ilə təmin edilməsi istiqamətində addımlar atılır. Ekoloqlar bildirirlər ki, gölün xilası mümkündür. Bunun üçün əsas məsələ Kür çayından Hacıqabul gölünə yenidən suyun verilməsidir.
 

Məsələ ilə bağlı Hacıqabul Su Meliorasiya Sistemləri İstismarı İdarəsindən bildirildi ki, ölkənin ikinci ən böyük suvarma sistemi olan Şirvan suvarma kanalında yenidənqurma işlərinə başlanılıb. Kanal istifadəyə veriləndən sonra gölə su axıdılacaq.


Xatırladaq ki, vaxtilə 16.5 kvadrat kilometrlik ərazini əhatə edən göldə hər il 20 minə yaxın quş qışlayırdı.

İndi isə həmin quşların nə səsi gəlir, nə də izi görünür. Ümid edək ki, bir vaxtlar canlı təbiətin ünvanı olan Hacıqabul gölü yenidən həyata qaytarılacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO