İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Bizim.Media xəbər verir ki, bu gün Xocavənd şəhərinə 17 ailə olmaqla, 65 nəfər yola salınıb.
Xocavənd şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhat olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:13 / 22.05.2026
Xocavənd şəhərinə növbəti köç yola salındı
Hazırda oxunan: Xocavənd şəhərinə növbəti köç yola salındı
Hazırda oxunan: Xocavənd şəhərinə növbəti köç yola salındı
614748
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































