Puşpa Patak: “Kəndlərin iqtisadi vəziyyəti dayanıqlı şəhər əlaqələrindən asılıdır”

Puşpa Patak: “Kəndlərin iqtisadi vəziyyəti dayanıqlı şəhər əlaqələrindən asılıdır”

Hazırda oxunan: Puşpa Patak: “Kəndlərin iqtisadi vəziyyəti dayanıqlı şəhər əlaqələrindən asılıdır”

614741

“Centre for Policy Research” mərkəzinin baş elmi əməkdaşı Puşpa Patak WUF13 çərçivəsində keçirilən “Kiçik şəhərlərin transformasiyası və dayanıqlı inkişafında kənd və şəhər əraziləri arasında əlaqələr” panel iclasındakı çıxışını Hindistanın kiçik şəhərlərinin aqrar ərazilər üçün əhəmiyyətinə həsr edib.

Bizim.Media xəbər verir ki, ekspert kiçik şəhər mərkəzlərinin kənd təsərrüfatı məhsullarının paylanmasında və emal sənayesinin inkişafında mühüm rol oynadığını qeyd edib.

O əlavə edib ki, kənd sakinləri məhz belə şəhərlər vasitəsilə bazarlara, maliyyə xidmətlərinə və kənd təsərrüfatı sektorundan kənarda məşğulluq imkanlarına çıxış əldə edirlər.

Patak kəndlər və kiçik şəhərlər arasında nəqliyyat və iqtisadi infrastrukturun gücləndirilməsinin regional bərabərsizliyin azaldılmasına kömək etdiyini vurğulayıb. O, həmçinin yerli iqtisadi sistemlərə və dayanıqlı ərazi planlaşdırmasına uzunmüddətli dövlət dəstəyinin vacibliyini diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO